Bərdə imamzadəsi - VİDEO

Əhli-beyt (ə) yurdu olan Azərbaycan bu dəyərli irsə yüz illərin mübarizə və mücadilə tarixini özündə əks etdirməklə nail olub. Xalqımız Əhli-beytə (ə) sevgisi ilə yanaşı, bu ailəyə hər növ çətinliklərə sinə gələrək sahib çıxmağa çalışmışması dəyərin nümunəsidir. Heç təsadüfi deyil ki, indi də bu dəyərin mühafizəsində olan vətəndaşı zamanında müqəddəs ailənin hər bir fərdinə bütün təhlükələrə baxmayaraq qucaq açmışdır. Elə buna görədir ki, ölkəmizin müxtəlif məkanlarında imamzadələr və pirlər olaraq tanınan ocaqlar bu ailənin üzvülərinə sevgidən yaranıb. Bütün təzyiqləri göz önünə alan Azərbaycan inanclısı onları göz bəbəyi kimi qoruyaraq günümüzə gətirib çıxarıb.
Bərdə şəhərində yerləşən Şəhzadə İsmayıl ziyarətgahında bu sırada yer alır. İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi İsmayılın uyuduğu məkan o dövrlərdə Abbasi xəlifələrinin zülmündən Azərbaycana sığınan Əhli-Beyt (ə) ailəsinə məxsusdur. Şəhzadə İbrahim haqqında tarixdə çox da geniş məlumat yoxdur. Bu da təsadüfi deyil. Təzyiqlərdən uzaqlaşan Peyğəmbər (s) ailəsi üzvülərinin gizlin həyat tərzi onlar haqqında bütün məlumatların itirilməsinə səbəb olub. 
Tarix kitablarında XII əsrdə İbrahim adlı tacir xalqın bir məzarı ziyarət etdiyi qeyd edilir. Maraqlananda ona bildirirlər ki, burada İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayil dəfn olunub. Tacir öz hesabına məzar üzərində çay daşlarından günbəzli ziyarətgah tikdirir. Ensklopediya da bu ziyarətgah “Tacir İbrahim” adı ilə qeyd olunması da bununla bağlıdır. Zamanla çöküntüyə məruz qalan ziyarətgahın növbəti tikintisi 1868-ci ildə 4 minarə ilə ucalır. Tamamilə bişmiş kərpicdən inşa edilən minarələrdən ikisi 12 metr, ikisi isə 15 metrdir. Buranın inşaasından sonra yerli əhali və qonaqlar ziyarətgahın zəvvarına çevrilir. Şübhəsiz Sovetlərin Azərbaycanı işğalı, xüsusi olaraq ziyarətgahları da hədəfdə saxlayır. Bu sərt qadağa türbəni 1974-cü ilədək əhalinin ziyarətindən məhrum edir. Gizlin də olsa ünvana gələn ziyarətçilərin 80-ci illərdən başlanan müəyyən yumuşalma siyasəti ilə ziyarətgaha gəliş artır. Bu gün Bərdə ziyarətgahı Azərbaycan inanclısının ünvanlandığı dini dəyərlləri özündə ehtiva edən müqəddəs məkan olaraq çox sevilir.