Braziliya millisi 1/4 finalda bu komandaya rəqib oldu

Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki,  "sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına 4:1 hesabı ilə qalib gəliblər.

Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.