BMT Təhlükəsizlik Şurasının Qəzza üçün atəşkəs qərarı ümid işığı ola bilərmi?

İsrailin bombardmanlarından sonra Qəzza tanınmaz hala düşüb

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) ABŞ prezidenti Co Baydenin Qəzzada atəşkəs üçün üç mərhələli planını dəstəkləyən təklifi təsdiqləyib. Layihənin lehinə Rusiyadan başqa 14 üzv səs verib.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) bazar ertəsi axşam ABŞ-ın HƏMAS-ı Qəzzada daimi atəşkəs və girovların azad edilməsinə çağıran qətnamə layihəsini təsdiqləyib. Müharibənin ilk günündən keçən səkkiz ay ərzində ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasında atəşkəsə çağıran qətnamə layihəsi qəbul edilib.

BMT TŞ-nin 15 üzvündən 14-ü qətnamə layihəsinə “hə” səs verib. Rusiya bitərəf qalıb. İsrailin Baydenin təqdim etdiyi 3 mərhələli təklifi qəbul etdiyi bildirilərkən, HƏMAS da təklifi ən qısa zamanda qəbul edib həyata keçirməyə çağırılıb.

BMT Təhlükəsizlik Şurasının qərarından sonra HƏMAS bəyanat yayaraq qanun layihəsinin prinsiplərinin həyata keçirilməsində vasitəçilərlə əməkdaşlığa hazır olduğunu bildirib.

Fələstin prezidenti Mahmud Abbas BMT TŞ-nin qətnamə layihəsinin qəbulunu “alqışladığını” bildirib. ABŞ prezidenti Co Baydenin mayın 31-də açıqladığı atəşkəs planı üç mərhələni nəzərdə tutur. Birinci mərhələdə dərhal atəşkəsin yaradılması, girov və əsirlərin mübadiləsi nəzərdə tutulur.

İkinci mərhələdə böhranın birdəfəlik sona çatması üçün bütün əsirlərin azad edilməsi tələb edilir və İsraildən bütün Qəzzadan çıxması istənilir.

Son mərhələyə müharibə zamanı İsrailin bombardmanları nəticəsində demək olar ki, tamamilə dağılmış Qəzzanın yenidən qurulması daxildir.

 

Blinken yenidən Yaxın Şərqdədir

BMT Təhlükəsizlik Şurasının təsdiqindən əvvəl ABŞ dövlət katibi Antoni Blinken müharibə başlayandan bəri Yaxın Şərqə 8-ci səfərini edib və bazar ertəsi İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Gallant ilə görüşüb.

Daha sonra Blinken Qahirədə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb və Yaxın Şərq liderlərinin HƏMAS-a təzyiq göstərməli olduğunu deyib.

Blinkenin səfəri ərəfəsi İsrailin 4 girovun xilas edildiyi qaçqın düşərgəsinə qarşı əməliyyatı nəticəsində çoxu uşaq olmaqla 274 fələstinlinin ölümünə səbəb olub.

Oktyabrın 7-də İsrail və Qəzza zolağında HƏMAS arasında toqquşmalar yenidən alovlanıb.

Həmas oktyabrın 7-də həyata İsrailə həyata keçirdikləri hücumda əksəriyyəti mülki şəxslər olmaqla təxminən 1200 nəfəri öldürmüş, 250-yə yaxın adamı girov götürmüşdülər. Həmin girovların təxminən yarısı noyabr ayında İsrailin bir həftəlik atəşkəs zamanı saxladığı fələstinli məhbuslarla dəyişdirilərək azad edilib.

BMT Təhlükəsizlik Şurasının dərhal atəşkəs elan etməsinə baxmayaraq, HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra Qəzzada dinc əhaliyə qarşı hücumlarını və qırğınlarını davam etdirdiyi üçün İsrail beynəlxalq qınaqla üzləşib.

Qəzzadakı səhiyyə rəsmilərinin məlumatına görə, oktyabrın 7-dən bu yana İsrailin Qəzzaya hücumları nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 37.100-dən çox fələstinli ölüb, təxminən 84.700 nəfər yaralanıb.

Xarabaya çevrilən Qəzzanın bir çox bölgəsində qida, təmiz su və dərmana çatmaq hələ də çox çətindir.

İsrail Cənubi Afrikanın açdığı iddia çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda ittiham olunur.

Məhkəmə, Baş nazir Benyamin Netanyahu administrasiyasının mayın 6-da işğaldan əvvəl bir milyondan çox fələstinlinin sığındığı ölkənin cənubundakı Rəfah şəhərindəki fəaliyyətini dərhal dayandırmağa qərar verib.