BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Azərbaycan hökumətini müxalif siyasətçi Qubad İbadoğlunu azadlığa buraxmağa çağırıb
Toplum TV xəbər verir ki, bu haqda avqsutun 16-ı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı rəsmi "X" səhifəsində açıqlama yayıb.
Komissarlıq çağırışında Qubad İbadoğlunun səhhəti ilə bağlı narahatlığını ifadə edib.
"Həbsdə olan müxalifət xadimi, alim Qubad İbadoğlunun ağır xəstə olması ilə bağlı yayılan xəbərlər bizi dərindən narahat edir. Biz hökuməti onu azad etməyə və adekvat və müvafiq tibbi müalicə və qayğı ilə təmin olunmasına çağırırıq" - , açıqlamada qeyd olunub.
Qeyd edək ki, Qubad İbadoğlu iyulun 23-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel") tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyi siyasətçinin ABŞ-da yaşayan türk din xadimi Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları rədd edir. O, siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.
BMT-nin ali komissarlığı Qubad İbadoğlunu azad etməyə çağırıb