Bəlkə müqayisənin özü səhvdir

Növbəti bir ilinə də qədəm qoyduq Nardaranda baş verən 26 Noyabr hadisələrinin. Hələ də aydın cinayətin açıq qalan neçə-neçə sualı və qürurla azadlıqda dolaşan caniləri olmaqla. Hər il hadisəni bir az da aydınladaraq onun üzərindən qaranlıq pərdələri qaldırmaqla təkcə aldadılmağa cəhd edilən Azərbaycanın deyil, bu gün küncə qısılan Azərbaycan siyasətinin Qərb dekokratiyasındada da həqiqəti aşkar olunmaqdadır. Bu, olduqca bərbad nə naşı yanaşmanın ərsəyə gətirdiyi qorxu simdromu və kütləyə gözdağı vermək üçün səriştəsiz addımdan başqa bir şey deyildi. İllərin mübariz duruşu bunu bütünlükdə iflasa uğratdı.
Bu məqamda bir neçə gün öncə Ermənistan sakininin Azərbaycan postunda əsgərlərimizə qumbara atmasını qeyd etmək istədim. İki əsgərimizin yaralandığı hadisədə iki qəribə məqam diqqətimi çəkdi. Onlara qumbara atan erməniyə adekvat cavab vermək əmri ala bilməyən əsgər və bu hadisədən sonra Ermənistana qaytarılan cinayətkar. Ardınca isə Nardaranda əli yalın Azərbaycan vətəndaşına güllələnmək əmri verən məmur və onu-günahsızlığını bildiyi halda həbsdə saxlayan hakim. İki paradoks: deyilmi? Erməni əsgəri onun postuna hücum edib qumbara atdığı halda nə cavab atəşi açmaq əmri verə bimir və nə də onu həbs edə. Hansı ki, dünya erməninin o əməlini qinayıb məhkum etdi. Lakin evində əli yalın vətəndaşını ailə, körpə uşaqları qarşısında vəhşicəsinə güllələyərək öldürüb yaralamaq və həbs edib illərcə həbsxanada əsarətdə qoymaq həqiqətən də paradoksdur.
Bəlkə heç bunları müqayisənin özü doğru deyildi. Nə bilim...
Bu gün Nardaran hadisəsinin növbəti ildönümü idi.

Əbülfəz Bunyadov.
Müsəlman Birliyi Hərəkatı İH-nin üzvü.