Biz tez bir zamanda İordan çayının qərb sahilini ilhaq etməliyik

 İsrail rejiminin milli təhlükəsizlik naziri İtamar Ben Qvirin rəhbərlik etdiyi ifrat sağçı Yəhudi Qüvvələri partiyasının üzvü nazir Amihai Eliyahu sionist İsrail ordusunun radiosuna açıqlama verib. Eliyahu çıxışında "İordan çayının qərb sahilində suverenliyi tətbiq etməliyik. Bunu mümkün qədər tez və mümkün qədər ağıllı şəkildə etmək lazımdır" deyib.

Nazir Eliyahunun sözləri ilə bağlı İsrail hökumətindən heç bir açıqlama verilməyib.

1967-ci il müharibəsindən sonra işğalçı sionist İsrail tərəfindən işğal edilmiş İordan çayının qərb sahilində təxminən 250 qeyri-qanuni yəhudi yaşayış məntəqəsi var. Bu qəsəbələrdə 400 mindən çox yəhudi məskunlaşıb.

Beynəlxalq hüquqa görə, işğal olunmuş ərazilərdəki bütün yəhudi məskənləri qeyri-qanuni sayılır.