Bəhreyndə İsrail prezidentinin səfərinə etiraz əlaməti olaraq etiraz aksiyaları keçirilib

İsrailin prezidenti İsaak Herzoqun Bəhreyn krallığına səfəri öncəsi ölkənin müxtəlif şəhərləri etiraz aksiyalarının şahidi olub.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, İsrail prezidentinin krallığa bazar gününüə planlaşdırılan səfərinə etiraz əlaməti olaraq bir sıra şəhərlər aksiyaların şahidi olub.

Daha çox əl-Sütrə qəsəbəsi kütləvi etirazlara şahidlik edib.

Bu arada Bəhreyn müxalifətinin vətəndaşlıqdan məhrum edilmiş lideri Şeyx İsa Qasim İsraillə münasibətlərin normallaşdırılmasını xəyanət adlandırıb və krallığın əhalisini etiraza səsləyib.

Habelə müxalifətin ən böyük partiyası “əl-Vəfaq Cəmiyyəti” İsrail prezidentinin Bəhreynə planlaşdırılan səfərini və onun təşkilini pisləyərək, ölkə xalqını aksiyalara səsləyib.

Qeyd edək ki, iki il öncə Bəhreyn və BƏƏ İsrailllə münasibətləri rəsmiləşdirib, qarşılıqlı şəkildə səfirliklərini açıblar.