Türkiyənin Balıkesir əyalətində başqasının yerinə imtahana girən şəxs mühafizəçilər tərəfindən saxlanılan zaman özünü 5 metr yüksəklikdən atıb.
Türkiyə mətbuatı xəbər verir ki, Balıkəsirdə Paşabayır Məhəlləsindəki Banda Xalq Təhsili Mərkəzində sürücülük testindən əvvəl imtahana girəcək namizədlərin yoxlanmasına başlanıb. Həmin əsnada 22 yaşlı M.B-nin, 18 yaşlı A.A-nın yerinə imtahana girmək istədiyi məlum olub. Polis çağıran gözətçilərin yanında dayanan M.B anidən birinci mərtəbədəki salonun pəncərəsindən atlayıb.
Hadisə nəticəsində onun hər iki ayağı qırılıb. Hadisə ilə bağlı polis istintaqa başlayıb. Hadisə anı təhlükəsizlik kameralarına düşüb.
Başqasının yerinə imtahana girdi, tutulan kimi özünü pəncərədən atdı – Video

Oxşar xəbərlər