Bakının Nərimanov rayon “Cümə” məscidində təmirdən sonra ilk dəfə Cümə namazı qılınıb

Namaz Ceyhun Rüstəmovun imamətliyi ilə qılınıb. O, xütbəsində Azərbaycannın müstəqilliyindən günümüzə qədər uzanan dövrdə dövlətin inanca göstərdiyi qayğıdan danışıb.

Cəmiyyətdə “Əbu Bəkr məscidi” adı ilə tanınan "Cümə" məscidi 1998-ci ildən fəaliyyətə başlayıb. Əhli sünnə vəl cəmaə baxışları ilə diqqət çəkən məscidin fəaliyyəti ilə bağlı müxtəlif yanaşmalar olub. Allah evinin fəaliyyət 2008-ci ilə qədər davam edib. 17 avqust 2008-ci ildə İlqar Mollaçıyevin rəhbəri olduğu «Meşə qardaşları» qrupunun üzvləri məscidə iki əl qumbarası atıb. Terror nəticəsində 2 nəfər ölür və 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olub. O zamandan məscid öz fəaliyyətini dayandırıb. Məlumdur ki, fəaliyyətsizlik məsciddə müəyyən problemlərə yol açıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə bu məsciddə əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Məscidin xarici görkəmi tamami ilə dəyişdirilib. O Azərbaycandakı tarixi abidələrin, məscidlərin tikinti formasına salınıb. İşlər yüksək səviyyədə həyata keçirilib və bu ilin aprel ayında başa çatdırılıb. Aprelin 20-də “Cümə” məscidinin açılışı olub.  Eyni vaxtda 600-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub