AŞ-ın Bakı ofisinin rəhbəri: "Azərbaycan insan hüquqları ilə bağlı 65 konvensiyaya qoşulub"

“Azərbaycan insan hüquqları ilə bağlı 65 konvensiyaya qoşulub".

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bunu Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Petr Zix “İnsan hüquqlarının əsas təminatları” mövzusunda keçirilən konfransda deyib.

O, buna görə Azərbaycanı təbrik edib:

"Biz təşkilat olaraq sənədlərin tətbiqində də kömək etməyə çalışırıq. Sentyabr ayından Azərbaycanda çalışmağa başlamışam. Ümid edirəm ki, gələcək əməkdaşlığımız faydalı olacaq”.