Azərbaycanın müxtəlif məntəqələrində İmam Məhdinin (ə.f.) mövludu günü qeyd edilib

Dünən, fevralın 14-ü İslam dünyası 15-Şaban, İmam Məhdinin (ə.f.) mövlud gününü qeyd etdi. Səmavi dinlərdə intizar-gözlənilən xilaskarın zühüru İslam dini üçün də əsas və əhəmiyyətlidir. Hz Muhəmmədin (s) varisi, 12-ci imam Hz Məhdinin (ə.f.) zühüru dinin əhəmiyyətli inancını təşkil edir.

Ötən gün xilaskarın dünyaya gəlişi, doğum günü məhz bu dəyərlərə verilən xüsusi diqqət çərçivəsində qeyd olunurdu. İmam Məhdinin (ə.f.) dünyaya gəlişi artıq vəd olunan ədalətli düzəmin qurulacağı günə bir pillə də yaxınlaşmaq deməkdir. Buna görə də qeyd edilən tarix İslam dünyasında həssaslıqla qarşılanır.

Mövludun qeyd olunduğu ölkələr sırasında Əhli-beytə (ə) məhəbbəti ilə fərqlənən Azərbaycan xalqı da bu dəyərli bayrama böyük coşqu ilə qoşuldu. Məscidlərlə yanaşı mərasim evləri, şadlıq saraylarında qurulan möhtəşəm bayram tədbirləri bu xalqın Mehdi inancına verdiyi böyük əhəmiyyətinin təzahürü idi.

Məclislər ruhanilərin çıxışları, məddahların mədhiyyələri və çay süfrələrinin təşkili ilə qeyd olundu.