Azərbaycanın Ağdam və Xocavənddə yerləşən mövqeləri atəşə tutulub

Operativtv.com Turan-a istinadən xəbər verir ki, noyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb, xəbəri cümə günü ölkənin Müdafiə Nazirliyi yayıb.

Ermənistan tərəfi Azərbaycanla dövlət sərhədinin şərq hissəsində yerləşən mövqelərinin atəşə tutulduğu barədə məlumat yayıb.