Azərbaycanda yeddi məscid üçün qadın din xadimləri axtarılır

Azərbaycanda 7 ibadət ocağına dini ayinlərin icraçısı üçün qadın din xadimləri axtarılır.

Operativtv.com Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Report-a istinadən bildirilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müsahibə elan edilib.

Qeyd olunub ki, qadın din xadimləri ilə bağlı vəzifələr Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərdə, eləcə də Lənkəran rayonunda yerləşən aşağıdakı məscidlərə aiddir:

1. Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

2. Sumqayıt şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

3. Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

4. Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

5. Zaqatala şəhəri, “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

6. Lənkəran rayonu, Böyük bazar “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

7. Quba şəhəri, “Hacı Cəfər” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

Qeyd edək ki, ümumilikdə 44 məsciddə vakant vəzifələrin tutulması üçün müsahibə elan edilib. Onların 36-sı imam, imam müavini vəzifəsi və müəzzin vəzifələridir.

Xatırladaq ki, müsahibədə iştirak etmək istəyən namizədlər Dövlət Komitəsinə müraciət edə bilərlər.