Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sloveniyaya qaz tədarükünə başlayıb.
Bu barədə SOCAR məlumat yayıb.
Məlumata görə, qaz tədarükləri bu il iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən böyük şirkət olan "Geoplin" arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu əsasında həyata keçirilir.
Məlumatda deyilir ki, "SOCAR və "Geoplin" uzunmüddətli enerji tərəfdaşlığını daha da inkişaf etdirmək niyyətindədirlər.
“Beləliklə, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiya ilə birlikdə Sloveniya Azərbaycan qazının nəql olunduğu doqquzuncu ölkə olur"- deyə, məlumatda qeyd edilib.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-yə qaz ixracının dayandırılması Azərbaycan qazına tələbatı artırıb.
Aİ ölkələrinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz ixracı ilə yanaşı, Azərbaycan Gürcüstana və Türkiyəyə də mavi yanacaq tədarük edir.
Ötən ilin iyulunda istismara verilən “Abşeron” qaz-kondensat yatağından ilkin hasilat sxemi mərhələsi üçün il ərzində 1,5 milyard kubmetrdən çox qaz və təqribən 580 min ton kondensat hasil edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X platformasında yazıb.
“Abşeron” yatağının mərhələli işlənməsi və illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrə çatdırılması planları ölkəmizin, eləcə də regional və Avropa tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfələrdir”, nazir qeyd edib.
Xatırladaq ki, ötən il Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa bazarında 11,8 milyard kub metr qaz satıb. 2024-cü ildə bu həcmin 12 milyard kubmetr olacağı gözlənilir. 2027-ci ildə isə Cənub Qaz Dəhlizi iki etap genişlənidirildikdən sonra həcmlərin 20 milyard kubmetrədək artacağı proqnozlaşdırılır.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə deyib ki, ilin birinci yarısında qaz hasilatı artsa da, neft və kondensat hasilatı 800 min tondan çox azalıb.
"Azərbaycan hökuməti cari ilin dövlət büdcəsini qəbul edərkən 2024-cü ildə ölkədə 29,6 mln ton neft və kondensat hasil edəcəyini proqnozlaşdırmışdı. Amma ilin ilk yarısının nəticələri onu göstərir ki, hasilat 29 milyon tondan aşağı səviyyəyə qədər azala bilər. Ötən il ölkədə 30,1 mln ton çıxarılmışdı", o qeyd edib.
Azərbaycan Sloveniyaya qaz ixracına başlayıb