“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının qərarı ilə dekabrın 25-də Qazaxıstan ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.
Bu barədə AZAL məlumat yayıb.
Məlumatda deyilir ki, kompensasiya ilə yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.
Məlumatda sığorta ödənişinin məbləği açıqlanmır.
Xatırladaq ki, qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb.
Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər ölüb, 3 nəfər sağ qalıb.
AZAL qəzaya uğrayan təyyarənin sağ qalan sərnişinlərinə və həlak olanların ailələrinə kompensasiya ödəyəcək