Ayətullah Xameneinin "İsrail cəzalandırılmalıdır və cəzasını da alacaq" sözləri İsraildə narahatlıq yaradıb

Bu gün Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Ramazan bayramını qeyd etmək üçün böyük izdihamın toplaşdığı Tehranın Böyük Məscidində bayram namazından xütbəsində "İsrail cəzalandırılmalıdır və cəzasını da alacaq" - deyə söyləməsi İsraildə yetərli narahatlıq yaradıb.

İsrail xarici işlər naziri İsrael Katz İranın onun ölkəsinə hücum edəcəyi təqdirdə buna cavab veriləcəyini bildirərək narhatlığını dilə gətirib.

"İran öz ərazisindən hücum edərsə, İsrail buna reaksiya verəcək və İrana hücum edəcək", - o, öz fikirlərini "X" hesabında paylaşım edərək bildirib.

İsrail xarici işlər naziri paylaşımına İranın Ali Rəhbəri Seyid Əli Xameneinin səhifəsini etiketləyib.

Qeyd edək ki, Ayətullah Xamenei Tehranın bu ayın əvvəlində Dəməşqdəki konsulluq binasını bombaladığı üçün İsraildən qisas alacağını deyib.