Ayətullah Sistani: İnsanların hüquqlarını və mallarını qorumaq hakimiyyətin ən mühüm vəzifələrindən biridir

  Ayətullah Sistani Bağdadın Əl-Cədriyyə bölgəsində vətəndaşlarla görüşüb. Həmin şəxslər bəzi partiyaların xeyrinə torpaqlarını tərk etmək üçün təzyiq və hədələrdən mətbuatla şikayət ediblər. Ayətullah Sistani bu qanunsuz əməlləri pisləməklə yanaşı: “Dövlət idarələrində olanların və ölkənin işlərinə baxanların ən mühüm vəzifələrindən biri millətin mal və hüquqlarını qorumaqdır. Ayrı-ayrı şəxslər, xüsusən də rəsmi idarələrdə olanlar terror yaradaraq insanların əmlakını ələ keçirməyə çalışanlara qarşı duruş nümayiş etdirməlidir” bildirib.