Avstriyanın Rusiyadan qaz almağa davam edəcəyi açıqlanıb
09/07/2023 - 18:24
Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern sanksiyalara baxmayaraq şirkətin 2040-cı ilə qədər nəzərdə tutulan uzunmüddətli müqavilə əsasında Rusiyadan qaz almağı davam etdirdiyini bəyan edib.
Operativtv.com APA-ya istinadən xəbərinə görə, Alfred Ştern “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın “Qazprom” şirkəti qaz tədarük etdiyi müddətdə qaz alacaqlar.
Qeyd edilib ki, Avstriyanın Rusiyadan qaz alması sonradan qəbul edilən sanksiyaların təsiri altına düşmür.