Avropa İttifaqı Belarus müxalifətinə 25 milyon ayırdı

Aİ Belarusda “vətəndaş cəmiyyətinin inkişafı” və “demokratik istəkləri” dəstəkləmək üçün 25 milyon avro ayırıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat xidməti bildirib.

Vəsaitlər EU4Belarus proqramının maliyyələşdirilməsi çərçivəsində belarus fəallarına 450 nəfərə təqaüd və 500 nəfər üçün "mübadilədə" Aİ-yə dəvət təqdim edəcək.

Avropa Komissiyası EU4Belarus proqramına 25 milyon avro səviyyəsində maliyyə ayrılmasını təsdiqləyib.Proqram vətəndaş cəmiyyətinə, gənclərə, tələbələrə və universitet müəllimlərinə dəstək olmaq məqsədi daşıyır.

Vəsaitlər “demokratiya və insan haqları”nı müdafiə edən təşkilatlara göndəriləcək.

2020-ci ildə Aleksandr Lukaşenkonun növbəti prezident seçkilərində qələbəsi elan edildikdən sonra respublikada başlayan iğtişaşlar fonunda AK Belarus müxalifətinə üç milyard avroya qədər vəsaitin ayrılması imkanını nəzərdən keçirib.