Yaxşılığa dəvət və pislikdən çəkindirməyin zəruriliyi
İmam Hüseyn (ə) Yezidin hakimiyyətinin ən böyük ictimai çirkinlik olduğunu işıqlandırmaqla bərabər, belə bir şəraitdə azad və təqvalı bir insanın vəzifəsinin yaxşılığa dəvət və pislikdən çəkindirməkdən ibarət olduğunu da bəyan etdi.
O Həzrət Kufənin məşhur adamlarına göndərdiyi məktubda Peyğəmbərin (s) bu kəlamını xatırlatdı ki, o Həzrət buyurmuşdu:
"Hər kim Allahın haramlarını halal edən, Allahla əhdini pozan, Peyğəmbərin (s) sünnəsi ilə müxalifətçilik edən və Allahın bəndələri arasında günah və haqsızlıqla rəftar edən bir hakimi görüb sözü və rəftarı ilə onunla mübarizə aparmasa, Allah onu (Qiyamət günü) həmin zülmkar hakimlə məhşur edəcəkdir."
Sonra İmam Hüseyn (ə) buyurdu: "Agah olun, bu zülmkarlar (yezidçilər) şeytana itaət etmiş, Allaha itaəti tərk, fitnə-fəsadı aşkar, şəriət qanunları və hökmlərini tətil etmişlər. Müsəlmanlara çatacaq mal-dövləti onlara xərc etmək əvəzində özlərinə götürür, Allahın haramını halal, halalını isə haram edirlər. Belə bir vəziyyətdə, mən qiyam etməyə daha layiqli şəxsəm."
O Həzrət qardaşı Məhəmməd Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyirur:
أَنِّی لَمْ أَخْرُجْ أَشِراً وَ لَا بَطِراً وَ لَا مُفْسِداً وَ لَا ظَالِماً وَ إِنَّمَا خَرَجْتُ لِطَلَبِ الْإِصْلَاحِ فِی أُمَّةِ جَدِّی أُرِيدُ أَنْ آمُرَ بِالْمَعْرُوفِ وَ أَنْهَى عَنِ الْمُنْكَرِ
"Mən təkəbbürlülük etmək, həddi aşmaq, fəsad törətmək və zülm etmək üçün yox, yalnız babamın ümmətini islah etmək, pislikdən çəkindirib yaxşılığa dəvət etmək üçün qiyam edirəm.” (“Məqtəlul-Huseyn”, Xarəzmi, c.1, səh.188-189.)
Maide.az
Aşura dərsləri