Apellyasiya Məhkəməsi Ələkbər Sadıqovun cəza müddətini qüvvədə saxlayıb

Martın 27-də Bakı Apellyasiya Məhkəməsi MBH üzvü Ələkbər Sadıqovun şikayət ərizəsinə baxıb. İnanclının Bakı Apelliyasiya Məhkəməsinə etdiyi müraciəti Sumqayıt Ağır Cinayətlər Məhkəməsində onun barəsində CM-nin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə çıxarılan 4 il müddətinə azadlıqdan mərhumetmə cəzasından verilən şikayət əsasında təyin olunmuşdu. Hakim vəkilin qaldırdığı vəsadətləri araşdırsa da, lakin o qərarı qüvvədə saxlayaraq məhkəməni yekunlaşdırıb.
 
Ələkbər Sadıqov 2023-cü il aprelin 1-də saxlanılmış və barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2024-cü il fevralın 1-də Sumqayıt Ağır Cinayətlər Məhkəməsində onu narkotiklərlə bağlı ittihamla müqəssir bilərək 4 il müddətinə azadlıqdan məhrum etmişdi.