Allahşükür Paşazadə: İslamdan təxribat kimi istifadə etmək yolverilməzdir

Multikultural birgəyaşayış təcrübəmiz dünyada model olaraq qəbul edilir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusundakı beynəlxalq elmi konfransda deyib.

"Azərbaycan hər kəsi mənəvi vəhdətə dəvət edir. İslamdan təxribat kimi istifadə etmək yolverilməzdir. Milli-dini qarşıdurmalara yol açan çıxışlara qəti etirazımızı ifadə edir və dini dəyərləri məqsədyönlü şəkildə təhrif edənlərə qarşı mübarizə aparırıq".

"Təəssüf ki, bəşəriyyətə təhdid olan amillərin reallaşması və böhranların dərinləşməsi beynəlxalq hüquq normalarına riayət olunmaması, insan hüquqlarının pozulması, ikili standartlar, qəbul edilən qərarların yerinə yetirilməməsi ilə əlaqədardır".

"Dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməlidir və bunu həyat tərzi kimi qəbul etməlidir. Bəşəri sivilizasiyaların toqquşdurulması astanasına sürükləyən İslamofobiya kimi ksenofob düşüncə və əməllər islah və inkar olunmalıdır".

 

APA