ABŞ-ın Ərbildəki bazasına dron hücumu olub

İşğalçı ABŞ-ın İraqın Ərbil mühafəzəsindəki (paytaxt Bağdaddan 425 km) hərbi bazası kamikadze dronların hücumuna uğrayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb, lakin həmlənin amerikalılar arasında tələfata yol açıb-açmadığını dəqiqləşdirməyib.

Hücuma görə məsuliyyəti “İraq İslam Müqaviməti” hərəkatı götürüb. Onlar daha əvvəl Qəzza zolağında humanitar barışın pozulmasından sonra ABŞ-ın hərbi bazalarına qarşı əməliyyatları bərpa etdiklərini elan etmişdilər.