ABŞ qüvvələri neftlə dolu daha 66 maşını Suriyadan çıxarıblar

ABŞ qüvvələri neftlə dolu daha 66 maşını Suriyanın şimal-şərqindən İraq ərazisinə keçiriblər.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, ABŞ qüvvələri ötən gün Həsəka əyalətinin İraqla sərhəddə yerləşən əl-Yərubiyyə məntəqəsindəki əl-Mahmudiyyə adlı qeyri-qanuni keçidindən 66 neft maşınını qarşı tərəfə keçiriblər.

Ötən həftə də burada onlarla neftlə dolu maşının İraqın şimalına keçirildiyi barədə xəbər verilmişdi.

Qeyd edək ki, ABŞ və onun dəstəklədiyi separatçı kürd birləşmələri 2014-cü ildən başlayaraq bölgədə İŞİD-lə mübarizə adı altında Fəratın şərqini (Suriya) və buradakı neft yataqlarını zəbt edib.