ABŞ Ordusu Suriya ərazisinə daha bir silah-sursat karvanı keçirib

 ABŞ Ordusu Suriyadan çıxardığı neftin qarşılığında İraqın şimalından bu ölkəyə daha bir silah-sursat və lojistik yük karvanını keçirib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, Suriya-İraq sərhəddində, Əl-Həsəkə əyalətinin şimal-şərqində yerləşən Əl-Yarubiya şəhərinin sakinlərindən olan yerli mənbələr bildiriblər ki, ABŞ Ordusunun 20 yanacaq və yük maşınından ibarət silah və maddi-texniki yardım karvanı Suriya ərazisinə daxil olub.

İraqın şimalından start götürən karvan İraq-Suriya sərhədində qeyri-qanuni sərhəd keçidi olan əl-Vəlid keçidindən ötməklə Suriyaya daxil olub.

Konvoya hərbi texnika, o cümlədən “Bradley” döyüş maşınları, logistik materiallar daşıyan yük maşınları, beton divar daşıyıcıları, radar qurğuları və yanacaq çənləri daxildir.

Karvan Əl-Həsəkənin cənubundakı Əl-Şədadi şəhərindəki Amerikanın qanunsuz hərbi bazasına yollanıb.