40-cı Beynəlxalq Quran Müsabiqəsi başlayıb

40-cı Beynəlxalq Quran Müsabiqəsi Tehranda dünyanın 44 ölkəsindən 99 Quran qarisi və hafizinin iştirakı ilə başlayıb. Müsabiqə İslam Ölkələri Başçılarının İclası Zalında keçirilir.

44 ölkədən 99 qarinin iştirakı ilə keçirilən 40-cı Beynəlxalq Qurani-Kərim müsabiqəsi cümə axşamı günü (15 fevral) Tehranda Vəqf və Xeyriyyə Təşkilatının evsahibliyi ilə başlayıb.
Müsabiqədə Malayziya, Misir, Əlcəzair, Səudiyyə Ərəbistanı, Türkiyə, İndoneziya, Livan, Hindistan, Hollandiya, Almaniya, Amerika, Tunis, Rusiya, Fil Dişi Sahili, Şri-Lanka, Sinqapur, Seneqal, Suriya, İraq, Kanada, Fələstin, Filippin, Pakistan, İngiltərə, Yeni Zelandiya, Liviya, Əfqanıstan, Banqladeş, Niger, Oman, Tanzaniya, Bruney, Tayland, Burundi, Efiopiya, Tunis, Nigeriya, Somali, Uqanda, Mavritaniya, Tacikistan, Qambiya və Komor və İran dörd bölmədə yarışırlar.
Müsabiqənin bu dövrəsi 18 yaşdan yuxarı kişi və qadınlar üçün təhqiq, tərtil və Quranın bütün hifzi sahələri olmaqla iki bölmədə keçirilir və 40-a yaxın telekanal bu müsabiqə ilə bağlı xəbərləri işıqlandırır.