Yunanıstan və Türkiyə barışmaq istəyir

Ankara və Afin, uzun müddət iki ölkə arasındakı münasibətlərin gərginliyinə səbəb olan bütün kohnə münaqişələrin həll etmək istəyir. 

"Doyce Velle" portalına istinadən verilən məlumata görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstan baş naziri Aleksis Tsipras bildirib.

"Münasibətlərimizdə ara-sıra xoşagəlməz halların baş verdiyinə baxmayaraq, biz hər şeyi həll etməyə imkan tapırdıq", deyə Ərdoğan qeyd edib. 

Tsipras öz növbəsində görüşü "qüsursuz və effektiv" adlandırıb.