9 iyul Azərbaycanda diplomatik xidmət orqanlarının yaradılması günü kimi qeyd olunur.
Bu günün əsası 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edilməsi ilə qoyulub.
2007-ci il avqustun 24-də prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb.
1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında AXC-nin müstəqilliyi de-fakto tanınıb, Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.
Azərbaycan 70 il (1920-1991-ci illər) SSRİ tərkibində olub, 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edib, dünya dövlətləri və BMT tərəfindən tanınıb.
İndi Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu var.
Xarici İşlər Nazirliyinin - 100 il
Oxşar xəbərlər