Ümumdünya İslami Oyanış Forumu Qəzza əhalisinin ərzaq yardımı alarkən öldürülməsini pisləyib

Ümumdünya İslami Oyanış Forumu İsrail rejiminin Qəzza xalqının ərzaq yardımı alarkən qətlə yetirmə cinayətlərini pisləyib.

Ümumdünya İslami Oyanış Forumu cinayətkar sionist rejimin Qəzzanın məzlum xalqının ərzaq yardımı alarkən qətlə yetirilməsi cinayətləri ilə bağlı bəyanatında yazıb: Zalım və aciz sionist rejim öz qeyri-qanuni hökumətinin təməllərini möhkəmləndirmək və aşkar qələbə qazanmaq üçün heç bir tədbirdən çəkinməyib və təzyiq, mühasirə, qıtlıq, aclıq, insan cəmiyyətləri, islami və beynəlxalq təşkilatlardan gələn humanitar yardımların qarşısını alaraq, soyqırım və məcburi köç siyasəti ilə Qəzza zolağında məqsədlərinə çatmağa çalışır.
Bu bəyanatda həmçinin deyilir: Böyük təəssüf hissi ilə insanlığa qarşı törədilmiş bütün cinayətlər, soyqırım, irqçilik və məcburi miqrasiya və 30 mindən çox uşaq, qadın və müdafiəsiz insanın şəhid edilməsi, on minlərlə insanın yaralanması və bir milyondan çox insanın öz yurd-yuvasından didərgin düşməsi insan haqları iddiaçısı Amerika və Avropa hökumətlərinin nəzərində nəinki diqqətdən kənarda qalır, həm də qəsbkar aparteid rejiminə silah, hərbi və siyasi dəstək verməklə onu istənilən cinayət əməlini törətməkdə sərbəst buraxıblar və özlərinin əsl simalarını və yalançı insan haqları müdafiəçiləri olduqlarını dünya ictimaiyyətinə yaxşı ifşa ediblər.
Ümumdünya İslami Oyanış Forumu bəyan edib: İkiüzlü davranışlarla münafiqcəsinə rəftarlar, habelə ABŞ-ın rəhbərlik etdiyi Qərb dünyasının faydasız hərəkətləri bəşəriyyətə qarşı pis və qeyri-insani motiv və məqsədləri bir daha sübut etdi ki, cinayətkarlar qarşısında müqavimətdən başqa bir məntiq və həll yolu yoxdur. Səbirli, müqavimətçi və başıuca Fələstin xalqı öz əzmi və iradəsinə mümkün qədər arxalanaraq dövrün zalım və əzazillərinə qarşı durmalıdır ki, ən qısa zamanda ilahi köməyi, qələbəni və yardımı qəbul etsin.

 

İRNA