Türkiyədə AKP heyəti qəzaya düşdü

Türkiyədə ağır yol qəzası qeydə alınıb. Türkiyə mediasına istinadən xəbər verilir ki, hadisə Van şəhərində qeydə alınıb.

Belə ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qadınlardan ibarət heyətini daşıyan avtobus ilə minik maşını toqquşub. Nəticədə 5 nəfər həlak olub, 18 nəfər yaralanıb. AKP heyəti Ankaraya partiya tədbirinə gedirmiş.