Türkiyədə 160 nəfərin olduğu gəmi batdı

Hazırda Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları axtarış-xilasetmə işləri aparır

Türkiyənin Mərsin şəhəri yaxınlığında miqrantları daşıyan gəmi batıb."Son Dakika"ya istinadən xəbər verilir ki, gəmi batarkən onun göyərtəsində 160 nəfər olub.

İnsident sahildən 26 kilometr uzaqda baş verib. Məlumata əsasən, qəza nəticəsində 16 miqrant ölüb, 30 qədər miqrant isə itkin düşmüş hesab olunur.

Hazırda Türkiyə Sahil Mühafizə Xidmətinin əməkdaşları axtarış-xilasetmə işləri aparır.

Anadolu agentliyi isə gəmidə 150-ə yaxın miqrantın olduğunu yazıb.