Türkiyə və Yunanıstan gəmiləri toqquşub

Türkiyənin Nəqliyyat, Dənizçilik və İnformasiya Texnologiyaları Nazirliyi Egey dənizində Türkiyənin yük gəmisi ilə Yunanıstanın hərbi gəmisinin toqquşması faktını təsdiq edib.

Türkiyə KİV-lərinin məlumatına görə, qəza səhər saatlarında Lesbos adasında qeydə alınıb.

Toqquşma nəticəsində gəmilərə zərər dəysə də batmayıb və hər iki gəminin göyərtəsində olan sərnişinlər xəsarət almayıb.