Türkiyə ABŞ məhsullarına vergi tətbiq etdi

Türkiyə hökuməti ABŞ istehsalı olan məhsulların ölkəyə idxalına əlavə vergi tətbiq etməyə başlayıb.

Həmin məhsullar meyvə, düyü, digər qidalar, spirtli içkilər, tütün yarpağı, minik avtomobilləri, gözəllik və makiyaj mallarıdır.

Əlavə vergi 10-80% arasında dəyişir. Məsələn, meyvələrə 10%, düyüyə 25%, digər qidalara 10%, spirtli içkilərə 70- 80%, tütün yarpağına 30%, minik avtomobillərinə 60%, gözəllik və makiyaj mallarına isə 30% rüsum tətbiq olunur.

teleqraf.az