Türk lirəsi ucuzlaşmağa başladı

Türkiyədə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi dolların lirəyə nisbətdə məzənnəsini zəiflətsə də, ABŞ valyutası yenidən yüksəlişə keçib.

Seçkidən dərhal sonra türk lirəsi dollara nisbətdə 3 faiz dəyər qazanaraq  4.5375 lirəyə yüksəlmişdi.

Lakin bu gündən başlayaraq, dollar bazardakı hökmranlığını geri qaytarıb. Birjalarda dollar/lirə məzənnəsi 4.7233 lirə təşkil edir. Avro ilə əməliyyatlar isə 5.49 lirədən aparılır.

Oxu.Az