Bir neçə saatdan sonra İranın Ali Dini lideri Ayətullah Xamineinin cümə namazı qılması haqqında xəbər bütün media subyektlərinin diqqətə aldığı və paylaşdığı xüsusi xəbərlər sırasındadır. Sonuncu dəfə Ayətullah Xamenei cümə namazını general Qasim Süleymaninin şəhadətə çatdığı günlərdə qılıb. Uzun müddətdən sonra növbəti cümə namazına böyük kütlənin bir yerə toplanacaq mərasim Hizbullah lideri Seyid Həsən Nəsrullah başda olmaqla HƏMAS-ın lideri İsmayıl Haniyə və General Abbas Nilfuruşanın qısas olaraq “Doğru Vəd 2” əməliyyatından sonra gerçəkləşir.
Azarbaycan mediasında belə Seyid Nəsrullahın şəhadətindən sonra İranın Ali Liderinin güya yerinin dəyişdirilməsi, daha təhlükəsiz və ciddi qoruma altına alınan yerə köçürülməsi ilə əlaqəli bol-bol xəbərlər dərc olunmuşdu. O zamandan bəri İranın İsrail üzərinə raketlərlə gerçəkləşdirdiyi əməliyyat bu məsələni, şübhəsiz bir az da həssaslaşdırmış, Dini liderin həyatı əhəmiyyətli təhlükəsi bir az da artmış olacaq.
Bundan əlavə, Dini Rəhbərin qatıldığı bu tip məclislərdə ölkənin bütün yüksək postlu şəxslərinin qatılması da mərasimin etiket qaydalarına daxildir. Bu isə o deməkdir ki, sabah cümə namazında İranın bütün alı simaları, aparıcı insanları, ölkə üçün strateji vəzifə daşıyan şəxslər bir məntəqədə toplanacaqlar.
İran bu addımı ilə qiymətləndirməni bir də beynəlxaq güclər üçün sözdən əmələ nümayiş etdirərək məlum mövqey sərgiləmiş olur. Bu addım qorxu ilə daban-dabana ziddiyət təşkil edən cavab tədbirlərinə hazır mövqeyi sərgiləməklə bir daha düşmənə meydan oxuyan dəqiq gedişatdır. Həm də bu bunkerlərdə yox, kütlənin, xalqının önündə dünyaya səslənən növbəti addım üçün hazırlıq mərhələsini dost və düşmənə bildirməkdir.
Onun hansı mesajları verəcəyi, hansı fikirləri söyləyəcəyini seyr etmək üçün isə bir az gözləmək lazımdır.
Sözdən əmələ: Ayətullah Xameneinin Cümə namazı çağırışı hansı mesajları verir?