“Sionist rejim yox olmağa tələsirsə, İrana hücum etsin”

Operativtv.com Rasthaber -ə istinadən xəbər verir ki, İran İslam Respublikası Ordusunun Baş Komandanı əl-Məsirə xəbər agentliyinə verdiyi açıqlamada İsrail rejiminin süqutunun qəti olduğunu vurğulayaraq, sionistlərin tələsdikləri təqdirdə İrana hücum etmələrini tövsiyə edib.

İran İslam Respublikası Ordusunun Ali Baş Komandanı general-mayor Əbdürrəhim Musəvi müsahibəsində deyib: “Sionist rejim şübhəsiz yox olacaq!” General-mayor Əbdürrəhim Musəvi "Düşmən qorxaqdır. O, hərbi manevrlər və nüvə obyektlərimizə hücumu simulyasiya edərək illüziyaya əsaslanaraq güc nümayiş etdirməyə çalışır" deyə bəyanat verib. İran İslam Respublikası İnqilab Keşikçiləri Ordusu komandanının müavini Əli Fədavi də əl-Məsirə xəbər agentliyinə "Düşmənlərin İrana qarşı təhdidləri sadəcə bir illüziyadır. Heç kim bizə hücum etməyə cəsarət edə bilməz"- söyləyib.