Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin həcmi açıqlanıb

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitini açıqlayıb.
 
Rəsmi məlumata görə, fevralın 1-nə fonda 96,9 milyon manat, 213,6 min ABŞ dolları, 15,4 min avro və 5 min rubl toplanıb.
 
2019-cu ilin əvvəlinə fonda 96,4 milyon manat, 213,6 min ABŞ dolları, 15,1 min avro və 5 min rubl vəsait daxil olmuşdu.
 
2002-ci ildə yaradılmış Silahlı Qüvvələrə Yardım Fondunun maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.