Səfirliyimizə hücum edən şəxs iki uşağını da özü ilə gətiribmiş

İranda səfirliyimizə hücum edən şəxsin adı açıqlanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu  barədə Tehran polis rəisi briqada generalı Hüseyn Rəhimi məlumat yayıb.  Qatil İran vətəndaşı Yasin Hüseynzadədir.

"Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə odlu silahla daxil olub. Hücum nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. Polis əməkdaşlarının çevik tədbirləri nəticəsində hücum edən şəxs dərhal tutularaq istintaqa cəlb edilib. İlkin araşdırmalara görə, hücumun səbəbi şəxsi və ailə problemləri olub",-  deyə qeyd edib.