Əsədin müşavirindən "Türkiyə" açıqlaması

Operativtv.com Rasthaber-ə istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsədin baş müşaviri Buseyna Şaban Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın şimalında başlatdığı hava əməliyyatı ilə bağlı açıqlama verib. Şaban heç bir ölkənin başqa ölkənin sərhədləri daxilində öz təhlükəsizliyini qorumaq hüququnun olmadığını bildirib. Gazeteduvarın SANA-ya istinadən verdiyi məlumata görə, Şaban “Türkiyə işğalının Suriyanın şimal-şərqində onun çətiri altında fəaliyyət göstərən terrorçuların varlığını qanuniləşdirmək üçün əsassız bəhanələrə əl atdığını” və Türkiyənin “Rusiya qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyini” iddia edib. Ankaranın Suriya və İraqda "məqsədinə çatmaq üçün arqumentlər ortaya qoyduğunu" müdafiə edən Şaban, "Qərbin başçılıq etdiyi müharibələrin məqsədi ölkələri içəridən parçalamaq və onlara qarşı regional bloklar yaratmaqdır" deyib.