“Şamaxı” Qazaxıstan təmsilçisi ilə heç-heçə edib

Qış təlim-məşq toplanışı üçün Türkiyəyə ən gec yollanan Azərbaycan komandası “Şamaxı” ilk yoxlama görüşündə Qazaxıstan təmsilçisi “Kaysar”la heç-heçə edib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, bölgə təmsilçisi rəqibi ilə Antalyadakı “Miracle” hotelinin meydançasında qarşılaşıb.

Küləkli hava şəraitində baş tutan oyunda qapılara qol vurulmayıb – 0:0.

Qeyd edək ki, “Şamaxı” Antalyadakı ikinci yoxlama görüşünü də bu gün keçirəcək. Vüqar Əsgərlinin komandası Bakı vaxtı ilə saat 18:30-da start götürəcək matçda Rumıniya klubu “Botoşani”yə rəqib olacaq.