Roma Papası xəstəxanaya yerləşdirildi

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk xəstəxanaya yerləşdirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə Vatikanın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Papa Fransisk İtaliyanın paytaxtı Romadakı “Gemelli - Isola Tiberina” xəstəxanasında bəzi diaqnostik testlərdən keçib.
Pontifikin martın 2-si Vatikanın Apostol Sarayında Almaniya Kansleri Olaf Şoltsla görüşdə iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, bir müddətdir Roma Papasının səhhətində problem yaranıb. Qripə yoluxan pontifikin son günlərdəki bütün görüş və tədbirləri ləğv olunub. Bugünkü görüşdə isə onun iştirakçılara müraciətini Vatikanın əməkdaşı oxuyub.