Quranın və İncilin nadir əlyazmaları tapılıb

Dağıstanlı alimlər şərq əlyazmalarının arxivinin rəqəmləşdirilməsi zamanı Gürcüstan dilinə tərcümə edilən ən qədim İncili və İran şahına məxsus 7 cild Quran aşkar edib.

Bu barədə "Vestnik Kavkaza" portalı yazıb. 

İncilin tərcüməsi VII-ci əsrə məxsus olduğu bildirilir.

Həmçinin məlumatda qeyd edili ki, alimlər XI-XII-ci əsrlərdə Dərbənd tarixi haqqında yazılan nadir əlyazmalar tapıb. Dünyanın heç bir kolleksiyasında olmayan bu əlyazmalar möcüzəvi şəkildə qorunub saxlanılıb.