Qarabağ Komitəsində sədr dəyişikliyi olub. İyunun 19-u Klassik Xalq Cəbhəsi Partiyasının Bakıdakı qərargahında keçirilən iclasda dönəm sədrliyi Pənah Hüseyndən Sahib Kərimliyə ötürülüb.
Sahib Kərimlinin səlahiyyət müddəti iki aydır.
Bu barədə xəbəri "Xural.com" yayıb.
Xalq Partiyasının sədri Pənah Hüseyn Qarabağ Komitəsinə mayın 1-dən sədrlik edirdi.
Bir qrup ictimai-siyasi xadimin ötən il yaratdığı Qarabağ Komitəsinin İdarə Heyətində İlham İsmayıl, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, Tural Abbaslı, Əvəz Zeynallı, Sahib Kərimli, Taleh Əliyev, Felmar Ələkbərov və Əlövsət Sadıqov təmsil olunurlar.
Qarabağ Komitəsinin sədri dəyişib
Oxşar xəbərlər