«İyulun 22-si və 23-də mənimlə Xalq Partiyasının sədri, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Pənah Hüseyn keçirmək istədiyimiz mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildik. Bizə xəbərdarlıq olundu».
Bunu Qarabağ Komitəsinə daxil olan Ağ Partiyanın rəhbəri Tural Abbaslı deyib. Onun qeyd etməsinə görə, Bakı Şəhər İcra Hakimiyyəti Komitənin keçirmək istədiyi aksiyanı «məqsədəuyğun» saymayıb.
T.Abbaslının vurğulamasına görə, həm iyulun 22-də, həm də 23-də onlara bildirilib ki, razılaşdırılmamış aksiya keçiriləcəyi halda qarşısı alınacaq.
Partiya sədri deyib ki, Komitə şəhər rəhbərliyinin aksiyanı «məqsədəuyğun» saymamasını heç də onun qadağan olunması kimi qəbul etməyib, bunu qurumun münasibəti kimi dəyərləndiriblər: «Bu da səbəbsiz deyil. Bizə bu il fevralın əvvəlində keçirmək istədiyimiz aksiya ilə bağlı da eynilə belə cavab verilmişdi. O zaman Komitə aksiyanın «məqsədəuyğun» sayılmamasının qadağan olub-olmaması barədə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etdi. Məhkəmə qərar verdi ki, bu, qadağa yox, Bakı Şəhər İcra Hakimiyyətinin aksiya keçirilməsinə münasibətidir. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsi də həmin qərarı qüvvədə saxladı».
T.Abbaslı deyib ki, iyulun 23-də Bakı Şəhər Polis İdarəsində olan söhbətdə isə İcra Hakimiyyətinin cavabı aksiyaya razılıq verilməməsi kimi dəyərləndirilib.
Partiya sədri vurğulayıb ki, onlar Bakıda beynəlxalq tədbir keçirildiyini səbəb göstərərək, (21-27 iyulda Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir) mitinqi məqbul saymırlar.
T.Abbaslı habelə deyib ki, aksiya keçirməklə Qarabağ münaqişəsinin həllinin uzanmasına diqqəti yönəltmək istəyiblər. O əlavə edib ki, bu məsələ Komitənin İdarə Heyətində yenidən müzakirə ediləcək.
Mitinqin təşəbbüs qrupunun üzvləri P.Hüseyn və T.Abbaslının Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, xəbərdarlıq edilmələrini həmin qurumdan da təsdiq ediblər. Bu barədə «Report» agentliyinə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. İdarə sözçüsünün sözlərinə görə, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı qətiyyətlə alınacaq: «Qarşılıqlı müzakirə şəraitində keçirilən görüşdə vurğulanıb ki, polis paytaxtda asayişin, əmin-amanlığın davamlı olması üçün bütün lazımi tədbirləri həyata keçirir».
Qarabağ Komitəsi 2018-ci ilin yayında təsis edilib. Komitəyə 10-a qədər siyasi partiya, bir sıra ictimai fəallar daxildir. Komitə ötən il Qarabağ problemi ilə bağlı aksiya keçirib.
Azadlıq Radiosu
Aksiyanın təşkilatçıları polisə çağırılıb

Oxşar xəbərlər