Putin ölkəsinin “Taxıl sazişi” ilə bağlı mövqeyini açıqlayıb

Qərb Rusiya qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirəndən sonra “Taxıl sazişi”nə qayıtmağa hazırıq. Bunu Rusiya lideri Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bu gün baş tutan telefon danışığı zamanı deyib.

Qeyd edək ki, ötən ayın 17-də Rusiya tərəfi müddəti həmin gün başa çatan Qara dəniz razılaşmasında ("Taxıl sazişi") Rusiyaya aid olan hissənin hələ də yerinə yetirilmədiyini əsas gətirərək, həmin razılaşmanın müddətinin uzadılmasından imtina edib.

Xatırladaq ki, “Taxıl sazişi” Rusiya, Ukrayna, Türkiyə və BMT tərəfindən 2022-ci il iyulun 22-də bağlanıb. Müqavilənin müddəti iki dəfə uzadılıb. Saziş humanitar dəhlizlər çərçivəsində Qara dəniz vasitəsilə taxıl, ərzaq və gübrə ixracını nəzərdə tutur.

 

APA