PSJ-nin futbolçusu DÇ-2022-də iştirak etməyəcək

Fransa millisi Qətərdə keçiriləcək dünya çempionatından əvvəl itki ilə üzləşib.

Operativtv.com  Report-a istinadən xəbər verir ki, PSJ klubundan yığmaya cəlb olunan Presnel Kimpembe zədəsini tam sağaltmadığı üçün mundialda iştirak etməyəcək.

Onun yerinə komandaya "Monako"dan Aksel Disasi dəvət alıb.

Qeyd edək ki, Fransa yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda Danimarka, Avstraliya və Tunis ilə birlikdə D qrupunda mübarizə aparacaq.