Səhiyyə naziri Oqtay Şirəliyev jurnalist Teymur Kərimova qarşı şikayəti geri götürüb.
Teymur Kərimovun vəkilinin yaydığı məlumata görə, hakim Azər Tağıyevin başçılığı ilə keçirilən hazırlıq iclasında Oqtay Şirəliyevin şikayətindən könüllü sürətdə imtina etdiyi deyilib.
Vəkil deyib ki, imtinaya dair ərizə olduğuna görə, iş icraata götürülməyib.
Teymur Kərimov məhkəmədən sonra iddiaçı Oqtay Şirəliyevin ərzəsini geri götürdüyünü deyib.
O, bu günə kimi ona dəstək olanlara təşəkkür edib.
Jurnalistin vəkili isə bildirib ki, bu, Teymur Kərimova qarşı sayca ikinci ittiham olub. Belə ki, ilk dəfə Səhiyyə Nazirliyi inzibati orqan olaraq jurnalisti məhkəməyə verib və onun həbsini istəyib.
Vəkilin sözlərinə görə, xüsusi ittiham qaydasında verilən hər iki iş icraata götürülməyib.
Oktay Şirəliyev, jurnalisti özü haqqında böhtan və təhqir yaymaqda ittiham edirdi.
Teymur Kərimov mayın 18-də Səhiyyə Nazirliyin qarşısında təkbaşına etiraz aksiyası keçirib.
O, onkoloji xəstə olan anasına xəstəxanada lazım olan dərmanlar, reaktivlərin verilmədiyini, rüşvət tələb olunduğunu iddia edib.
Məhkəmənin davam etdiyi müddətdə jurnalistin anası vəfat edib.
Oqtay Şirəliyev şikayətindən imtina edib
Oxşar xəbərlər