II Qarabağ müharibəsi Qazisi Namiq Şirinov barəsində cinayət işi açılıb. İnanclı silsilə şərləmə mexanizmi olaraq narkotik maddələrlə bağlı şübhəli bilinib. Hal-hazırda o, 1 saylı Kürdəxana İstintaq Təcridxanasındadır.
Namiq Hacıalı oğlu Şirinov İyulun 26-dan fəaliyyət göstərdiyi taksi xidməti ilə məşğul olduğu zaman oğurlanıb. Ailəsi Ombudsman, 102-xidmətinə bu barədə müraciət etsə də, Namiqdən hər hansı bir xəbər ala bilməyib.
Ölkədə həbslərin geniş vüsət aldığı vəziyyət buradakı həyatı yaşanmaz hala gətirib. Heç kəsin sığortalanmadığı saxta ittihamlarla həbs bu günün reallığını təəssüflə belə əks etdirir.
Namiq Şirinov artıq sayları minlərin üzərində olduğu söylənilən həbs olunan inanclılardan biridir. Yalnız onun təmsil olunduğu Müsəlman Birliyi hərəkatından həbs olunanların sayı 76-ya yüksəlib.
Oğurlanmış MBH üzvünə saxta ittihamla cinayət işi açılıb