Azadlıqdan məhrumedilmə, cəmiyyətdən təcridolunma, adi həyat qaydasından fərq, doğma və yaxınlarından uzaqda qalma, yad mühitdə keçirilən illər – bütün bu faktorlar insan psixologiyasına mənfi təsir edir.
Dəmir barmaqlıqlar arasına düşən məhkumlar ağır stress keçirir və bu onların davranışlarında özünü göstərir. Bu vəziyyəti normal qarşılamaq, bir müddət bu şəraitdə yaşamağa öyrəşmək üçün həmin şəxsə psixoloq köməyi vacibdir.
Azərbaycan həbsxanalarında bu işlər necə aparılır?
Oxu.Az bu sualla tanınmış hüquqşünas, Azərbaycan Hüquq Müdafiə Mərkəzinin direktoru Eldar Zeynalova müraciət edib.
“Azərbaycan həbsxanalarında psixoloqlar formal olaraq var, ancaq onların işindən xeyir çox azdır. Psixoloq tibb məntəqəsində deyil, administrasiya tərkibində olur, yəni onlar da məhkumların rəhbərləri kimi “rütbəlidirlər”. Ona etibar ola bilərmi?”, - Zeynalov deyib.
Müsahibimiz qeyd edib ki, psixoloqların bir hissəsi isə vaxtaşırı kolonda görünür.
“Əgər məhkumun zabitlərlə və ya digər məhkumlarla münaqişəsi olsa? Əgər məhkumun həyat yoldaşı görüş zamanı boşanma barədə xəbər versə, vəziyyət necə olacaq? Rəis narahat məhbusu hansı baraka yerləşdirməyə necə qərar verir?”, - Eldar Zeynalov soruşub.
Onun sözlərinə görə, hazırda həbsxana psixoloqları Azərbaycandakı universitetlərdən birində hazırlanır:
“Bu barədə eşitmişəm. Və belə sual meydana çıxır: Həmin tələbənin, müəllimin məhkumların, həbsxana personalının psixoloji vəziyyətindən xəbəri var?
Görürəm ki, məhkumlar ədalətli və ya əsassız olaraq həbsxana personalından, həkimlərdən, həbsxanadakı dükan satıcılarından və başqalarından şikayətlənirlər, yalnız psixoloqlardan savayı. Onlar sanki yoxdurlar, hərçənd, məntiqlə məhz onlar məhkumun islahını, ətrafını, mükafatlandırılmasını planlaşdırmalıdırlar, münaqişələri yoluna qoymalıdırlar”, - Eldar Zeynalov əlavə edib.
Azərbaycanda həbsxana psixoloqları hazırlanır

Oxşar xəbərlər