Səudiyyə Ərəbistanına silah satan ölkələr - Siyahı və rəqəmlər

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) 2015-2017-ci illər aralığında Səudiyyə Ərəbistanına silah satan ölkələr və satışın həcmi ilə bağlı rəqəmləri açıqlayıb.

“Haber7”yə istinadən xəbər verilir ki, siyahının ilk 3 pilləsində ABŞ, Böyük Britaniya və Fransa yer alıb

Həmin siyahını təqdim edirik:

1. ABŞ - 6 milyard 980 milyon dollar

2. Böyük Britaniya - 2 milyard 29 milyon dollar

3. Fransa - 291 milyon dollar

4. İspaniya - 254 milyon dollar

5. İtaliya - 226 milyon dollar

6. İsveçrə - 186 milyon dollar

7. Kanada - 129 milyon dollar

8. Almaniya - 120 milyon dollar

9. Türkiyə - 104 milyon dollar

10. Çin - 28 milyon dollar

Xatırladaq ki, ərəb jurnalist Camal Xaşoqçinin qətlə yetirilməsinə etiraz olaraq Almaniya və Kanada Səudiyyə Ərəbistanına silah satışını dayandırdığını açıqlayıb.